SON XƏBƏR

Amerika eksperti: “Mərkəzi Kəşfiyyat İdarəsi cinayətkar təşkilatdır və Amerika xalqının düşmənidir” - MÜSAHİBƏ

Sentyabr 27
00:40 2017
Pol Steyqan
 
Steigan blogger (Norveç), 24.09.2017
 
Duqlas Valentayn "The Hotel Tacloban” ("Takloban oteli”), "The Phoenix Program” ("Feniks proqramı”), "The Strength of the Wolf” ("Canavar gücü”), "The Strength of the Pack” ("Sürünün gücü”) və "The CIA as Organized Crime: How Illegal Operations Corrupt America and the World” ("MKİ mütəşəkkil cinayətkarlıq kimi: məxfi əməliyyatlar Amerikanı və bütün dünyanı korrupsiyalaşdırır” kitablarının müəllifidir. Lars Şell MKİ-nin 70 illiyi ilə bağlı ”Counterpunch” dərgisi üçün  Duqlas Valentayndan müsahibə götürüb.
 
Bu müsahibədən müəyyən çıxarışları oxuculara təqdim edirik.
 
 - 70 il qabaq 1947-ci il sentyabrın 18-də "National Security Act” qanunu qəbul edilib – MKİ, Mərkəzi Kəşfiyyat İdarəsi belə yaradılıb. Duqlas, Siz MKİ-i "Amerika hökumətinin mütəşəkkil cinayətkar qanadı” adlandırırsınız. Niyə?
 
- MKİ nə edirsə, hamısı qanunsuzdur. Buna görə də hökumət onu məxfiliyin qara plaşı ilə ört-basdır edir. İnformasiya sahəsi mifləri yaradıcılarının Amerikanı sülh və demokratiya qalası kimi qələmə verdiyi bir vaxtda MKİ əməkdaşları bütün dünya üzrə cinayətkar təşkilatları yönəldirlər. Məsələn, MKİ 50-60-cı illərdə Fidel Kastronu öldürmək üçün ən məşhur narkotacirlərdən biri Santo Traffikanteni işə götürmüşdü. MKİ əvəzində Traffikanteyə ABŞ-a tonlarla narkotik idxal etməyə icazə vermişdi. MKİ özünün silah müəssisəlləri, nəqliyyat firmaları və bank qurumlarını yaradır ki, narkoticarətlə məşğul olan cinayətkar təşklilatların çirkli işləri yerinə yetirməyini yüngülləşdirsin. Mafiyanın pulları offşor banklarda MKİ-nin pulları ilə o vaxta qədər dolaşıq salınır ki, onları bir-birindən ayırmaq mümkün olmur. Narkotik ticarəti yalnız bir misaldır.
 
- MKİ-nin maraqlı metodu "həqiqətəbənzər inkar imkanı”dır (plausible deniability). Lütfən, ayrıntılı izah edin. 
 
- MKİ imtinası mümkünsüz olacaq heç nəyi eləmir. Bu haqda mənə MKİ-nin istefadakı yüksəkçinli əməkdaşı Tom Donahyu danışıb. 1984-cü ildə mən "The Phoenix Program” kitabını yazmaq istərkən MKİ-nin keçmiş rəhbəri Uilyam Kolbi mənə yardım etməyə razılaşdı. Kolbi 1985-ci ildə məni Donahyuya təqdim etdi. Donahyu 1964-1966-cı illərdə MKİ-nin Vyetnamdakı "gizli əməliyyatlar”na sorumlu idi. O,  Phoenix-ə daxil edilmiş xeyli proqram hazırlayıb. Kolbi barəmdə yaxşı rəy bildirdiyindən Donahyu olduqca xeyirxah idi və MKİ-nin fəaliyyəti haqda çox şey danışdı.
 
Hər şey elə olmalıdır ki, bundan imtina mümkün olsun
 
Donahyu danışdı ki, MKİ iki kriteriyaya uyğun gəlməyən heç nəyi etmir. Birinci kriteriya "kəşfiyyat potensialı”dır. Bu proqram MKİ üçün faydalı olmalıdır, məsələn, hansısa hökuməti necə yönəltməyi və yaxud məmuru necə şantaj etməyi və ya məruzənin harada gizlədildiyini, yaxud agenti sərhəddən necə keçirməyi göstərməlidir. "Kəşfiyyat potensialı” anlayışı bildirir ki, bu, MKİ üçün hansısa qaydada səmərəlidir. İkinci kriteriya bu fəaliyyətdən imtina imkanıdır. MKİ proqramı və ya əməliyyatı yenidən quruluşlandırma üsulu tapmırsa, bundan imtina edəcək və icra etməyəcək. Əsaslandırılmış imtina zabit və ya əməkdaşa hərbi əmr kimi sadə ola bilər. Onda MKİ "bunu ordu edəcək” deyə bilər.
 
Mütəşəkkil cinayətkarlıq
 
Phoenix proqramını yaratmış MKİ zabiti Nelson Brikhem həmkarlaırı haqda mənə sıradakını danışıb: "Mən kəşfiyyat xidmətini cinayətkar tendensiyaları ifadə etməkdə çox məqbul üsul kimi təsvir etmişəm. Güclü cinayətkarlıq meylli, lakin cinayətkar olmaqdan ötrü hədsiz dərəcədə qorxaq oğlan gərəkli təhsili varsa, MKİ kimi hansısa bir qurumda iş əldə edir”.
 
Brikhem MKİ əməkdaşlarını "muzdlu olmaq istəyirəm” ideyalı, bu cür şeyləri yerinə yetirməkdə (və əlavə edə bilərəm, buna görə yaxşı pullar almaqda) sosial baxımdan məqbul üsul tapan adamlar kimi təsvir etdi.
 
Tam itaət və məhkəmə təqibindən immunitet
 
MKİ öz büdcəsinin önəmli hissəsini insanın öz iş peşəsini necə seçdiyi, ona necə nəzarət və idarə etdiyini müəyyən etməyə sərf edir. Bu, danışıqsız itaətdən başlanır. MKİ əməkdaşlarının əksəriyyəti özünü əsgər sayır. MKİ əmrlərin müqədsəs iş olduğu və pozula bilməyəcəyi hərbi qurum kimi yaradılıb. Sənə nə edəcyini söyləyirlər və bunu edirsən. Əks halda sənin tam axırındır.
 
"İdeoloji emalın motivləşdirici proqramları” kimi digər nəzarət sistemləri MKİ əməkdaşlarını özlərini özəl adam saymağa vadar edir. Bu cür sistemlər son yetmiş ildə MKİ əməkdaşlarının ideolgiya və baxışlarının formalaşdırılması üçün hazırlanır və həyata keçirilir. MKİ əməkdaşları öz hüquqi haqlarından imtinaya görə mükafatlanmdırma sisteminin üstünlüyünü və ən başlıcası, cinayətlərə görə məhkəmə təqibindən immunitet əldə edirlər.
 
İmtiyazlı qatillər
 
MKİ əməkdaşlarının saxta şəxsiyyət vəsiqəsi və gangüdəni olur, özəl təyyarələrdə hər yerə uçur, villalarda yaşayır və çağdaş texnologiya vasitəsilə öldürürlər. Onlar ordu generallarına nə etməli olduqlarını deyirlər. Konqresin komitələrini idarə edirlər. Cəzasız və laqeydliklə dövlət rəhbərləri və məsum körpələri qətlə yetirirlər. Şefləri istisna olmaqla hər kəs və hər şey onlar üçün istehlak texnikasıdır.
 
Narkotik ticarəti və MKİ
 
- Sizin fikrinizcə, "milli təhlükəsizlik isteblişmentinin ən böyük və qaranlıq sirri” budur ki, kürəsəl narkotik ticarətinə qatılıb. Bu fəaliyyət necə meydana çıxıb? 
 
- MKİ-nin narkotik ticarətini idarə və Amerikanı idarə edən korporativ maraqlar adından nəzarət etməkdə iki tərəfi var. Qyed etmək önəmlidir ki, Amerik hökumətinin narkoticarətdə iştirakı MKİ hələ ABŞ daxil olmaqla bu dövlətlərdəki siyasi və sosial hərəkatlara, dövlətə nəzarət vasitəsi kimi meydana çıxmamışdan başlanıb. Bu keçən əsrin 20-ci illərində ABŞ Çində narkoticarətin imkanlarndan yararlanan Çan Kayşinin millətçi rejiminə yardım edərkən başlanıb. MKİ-nin sələfi – Strateji Xidmətlər İdarəsi (SXİ) II dünya savaşı dövründə Kaçində yaponlarla döyüşən partizanları tiryəklə təmin edib. SXİ və Amerika hərbçiləri II dünya savaşı zamanı Amerika cinayətkar dünyası ilə əlaqə qurub və sonra ölkədə və onun hüdudlarından kənarda öz çirkin işlərini görmək üçün tutduqları Amerika narkotacirlərinə hamilik ediblər.
 
Millətçilər Çindən qovulduqdan sonra ABŞ Tayvan və Birmada da narkotik əməliyyatları təşkil edib. MKİ 60-cı illərdə bütün Cənubi-şərqi Asiya üzrə narkotik ticarəti və bütün dünyada öz nəzarətini qurub – bu, birinci növbədə Cənubi Amerika və bütün Avropaya aiddir. MKİ Laos və Vyetnamda müttəfiqlərə narkotik satışını bəyənib. 1965-ci ildən Cənubi Vyetnam milli təhlükəsizlik direktoratının rəhbəri vəzifəsinin tutan HHQ generalı Nquyen Kao Ki gəlirli narkotik ticarəti üzərində nəzarətin əvəzində MKİ-yə hər bir əyalətdə özəl milis yaratmaq və istintaq aparılması üçün gizli mərkəzlər yaratmaq hüququ satıb. Ki və dəstəsi özünün gücülü adamı, general Loan vasitəsilə tiryək alveri pulundan istifadə edərək öz siyasi aparatını və təhlükəsizlik güclərini maliyyələşdirib. Hamısı da MKİ-nin yardımı ilə.
MKİ və Əfqanıstan tiryəki
 
- MKİ bu gün Əfqanıstanın tiryək ticarətinə qatılırmı? 
 
- MKİ əməkdaşları Əfqanıstanda narkoticarəti  kölgədə gizlədilmiş qamaklarından idarə edirlər. Onlar 2001-2002-ci ildə Kərzai hökumətini və tiryək alveri ilə məşğul olan səhra komandiri Gül Ağa Şərzaini xidmətə götürüərək Əfqanıstan müqavimətində "dost dinc sakinlər”in yardımı ilə kəşfiyyat şəbəkəsi yaratdıqdan sonra tiryək istehsalı çoxalıb. Amerika ictimaiyyətinin böyük hissəsi Amerika qoşunları daxil olduqdan sonra Taliban hərəkatının silahı yerə qoyduğu və MKİ Şərzaini Kabulda vəzifəyə oturtduqdan sonra əfqan xalqının yenidən silah görüdüyü haqda heç nə bilmir. Şərzai Kərzai qardaşları ilə birlikdə MKİ-i Talibana qarşı deyil, öz işgüzar rəqiblərinə qarşı işləməyə girişən xəbərçilər şəbəkəsi ilə təmin edib. Anand Qopalın ("No Good Men Among the Living”) ("Dirilər içində yaxşı adam yoxdur”) kitabında yazdığı kimi, Şərzainin xeyirxah tuişlaması sayəsində MKİ öz reydləri zamanı Əfqanıstanın ən sayğılı liderlərini sistemli şəkildə işgəncəyə məruz qoyur və qətlə yetirirdi ki, bu da əfqan xalqında radikal əhvalın artımını doğurub. MKİ müharibəni Əfqanıstanın işğalını uzatmaq və müstəmləkələşdirmək üçün savaş başlayıb. Şərzai xidmətlərinə görə Əfqanıstanda ilk Amerika hərbi bazasını inşa etmək, həmçinin geniş narkoticarət əldə edib.
 
"Feniks” proqramı
 
- ABŞ Əfqanıstanda "Feniks” proqramının üsullarından yararlanırmı? Mən Taliban rəhbərlərinin ilk anda silahı yerə qoyarkən "Dayanıqlı azadlıq” əməliyyatının başlanması ilə bağlı soruşuram. 
 
- Əfqanıstan Cənubi Vyetnamda hazırlanmış ikilaylı standart "Feniks” proqramının araşdırma predmetidir. Bu, ələ almaq və məhv etmək məqsədilə "olduqca qiymətli kadrlar”a qarşı yönəlik partizan müharibəsinin aparılmasıdır. Bu, ən yüksək səviyyədir. Bu həmçinin mülki əhaliyə qarşı psxoloji savaşın elə tərzdə aparılmasıdır ki, hamı bilsin: adamın düşmənə dəstəyindən şübhə varsa, onu oğurlaya, həbsxanaya ata, işgəncə verə, şantaj edə və öldürə bilərlər. Bu, ikinci səviyyədir. Dinc sankinlərin xiofa salırlar ki, Amerikanın oyuncaq hökumətini dəstəkləsinlər.
 
"Feniks” proqramı Cənubi Vyetnamın Milli-azadlıq Cəbhəsini eyniyyətləşdirmək və "neytrallaşdırmaq” üçün Vyetnam müharibəsi zamanı yaradılıb (agentləri yeritmək, həbsxanaya qapamaq, sorğular və qətllər vasitəsilə).
 
MKİ bu dövrdə kiçik hərbi zabitlər korpusuna agentlər yerləşdirməyə başlayıb.  MKİ əməkdaşları Donald Qreqq və Rudi Enders (hər ikisindən "The Phoenix Program” kitabım üçün müsahibə götürmüşəm) "Feniks”i 1980-ci ildə Salvadora və Mərkəzi Amerikaya ixrac ediblər. MKİ və Pentaqon o zaman "Feniks” modeli vasitəsilə bütün dünyada terrorizmlə mübarizə üçün birlikdə "Delta Force” xüsusi təyinatlı qüvvələri və ABŞ-ınn xüsusi əməliyyatlarının Birgə komandanlığını Joint Command Operations Command) yaradıb. İndiki anda konvensional müharibələr daha aparılmır, buna görə də ordu MKİ-nin xeyli illər əvvəl ələ aldığı zabitlər korpusu ilə iqtisadi və siyasi səbəblər üzündən faktiki olaraq öz əməliyyatlarını bütün dünya üzrə yerləşdirilmiş 700-dən çox bazadan aparan Amerika imperiyasının polis qüvvəsinə çevrilib.
 
KİV-lərin MKİ üçün önəmi
 
- MKİ-nin ictimaiyyət tərəfindən qəbul edilməsi üçün aparıcı KİV-lər nə dərəcədə əhəmiyyətlidir? 
 
- Bu ən mühüm funksiyadır. Gi Debor bildirib ki, dünyada məxfilik üstünlük təşkil edir. KİV-lər MKİ-nin sirlərini qorumaqla bizi necə manipulyasiya etdiklərini öyrənməyə mane olur. KİV və MKİ eyni şeydir.
 
FOX və MSNBC-in (ABŞ telekanalları-tərc.) ümumilyi bundadır ki, xəbərlər kapitalist cəmiyyətində əmtəədir. Media KİV-ləri öz malalrını satmaq üçün araşdırmanın demoqrafik qruplarına istiqamətlənirlər. Bunların hamısı saxta məlumatlardır, hər bir media kanalı xəbərləri elə şəkildə təqdim edir ki, öz müştərilərini məmnun etsin. Lakin MKİ-yə gəlincə, bu, təkcə saxtakarlıq deyil, zəhərdir. Bu, demokratik institutları sarsıdır.
 
KİV-lər MKİ-yə total nəzarət üçün lazımdır 
 
MKİ-nin informasiya üzərində total nəzarətdə əsas ehtiyacı KİV-lərlə əməkdaşlıq tələb edir. Bu, liderlərimizin Vyetnamda aldığı böyük dərslərdən biridir. İdeologiyaca yaxşı emal edilmiş və yaxşı maaş verilən hökumət başındakı rəhbərlər və KİV-lər publikaya ABŞ-ın başqa ölkələrdə təşkil etdiyi dinc əhalinin kütləvi qətlini görməyə heç vaxt imkan verməz. Amerikalılar Amerika muzdlularının və kassetli bombaların öldürdüyü, şikəst edilmiş İraq, Əfqanıstan, Liviya və Suriya uşaqlarını heç vaxt görmürlər.
 
Digər yandan, MKİ-nin həyata keçirdiyi adamların oğurlanması, işgəncə və qətllərin saxta təsvirləri televiziya və kinoda mədh olunur. Burada açar həqiqi əhvalatın nağıl edilməsidir. "Feniks” kütləvi informasiya vasitələri ilə əməkdaşlıq sayəsində artıq ABŞ liderlərinin siyasi təhlükəsizliyinin təminatında şablona dönüb.
 
- MKİ Amerika xalqının düşmənidirmi? 
 
- Bəli. O, çirkli işlərlə məşğul olan varlı siyasi elitanın alətidir.  
 
Tərcümə Strateq.az-ındır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook