AMEA-nın vitse-prezidenti: "Müəyyən qədər nüfuzumuzu itirmişik"
İyun 03
12:30
2022
"TEKNOFEST Azərbaycan" festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur".
"Report" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademiyanın "TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.
Akademiyanın Rəyasət Heyətinin "TEKNOFEST Azərbaycan" festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunan xüsusi iclasında çıxış edən akademik bildirib ki, AMEA festivalda Azərbaycanın intelektual məhfumu kimi təqdim edilməyib: "Bu əhval ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma burada hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq".
Qlobal.az



