AMEA-nın prezidenti özünə daha bir köməkçi təyin etdi
Avqust 21
02:29
2020
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev özünə yeni köməkçi təyin edib.
"Report" xəbər verir ki, yeni köməkçi vəzifəsinə Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov təyinat alıb.
Bununla da AMEA prezidentinin köməkçilərinin sayı 3-ə çatıb.
Bundan əlavə, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifələrinə təyin olunublar.



