AMEA-nın müəssisəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verildi
İyun 10
09:12
2016
Nazirlər Kabineti "Respublika Xatirə Kitabı" Redaksiyasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi barədə qərar verib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib. Qərara əsasən, "Respublika Xatirə Kitabı" Redaksiyası öz ştat vahidləri və əmlakı ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.
"Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.
Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.
Qlobal.az