SON XƏBƏR

AMEA-da üç direktor vəzifədən azad edildi

Oktyabr 01
23:56 2021
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üç institutunun direktoru vəzifələrindən azad olunub.
 
Qlobal.az Modern.az-a istinadla xəbər verir ki, bunlar aşağıdakılardır:
 
- Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu;

- Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova;

- Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev
 
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook