SON XƏBƏR

AMEA-da kütləvi ixtisar: Əməkdaşların böyük hissəsi işdən çıxarıldı

Oktyabr 04
12:00 2022
"Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

Bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İsa Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook