SON XƏBƏR

AMEA-da dissertasiya mövzularının seçilməsinə diqqət artırılır

Fevral 04
10:02 2016
Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrində 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktaranturaya qəbulun nəticələri müzakirə olunub.
 
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə dissertasiya mövzularının müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsinin zəruriliyini, bunun əsasında cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənilməsinin vacibliyini vurğulayıb.
 
Qeyd edilib ki, hər bir namizədin öz mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmalar mühüm sosial-mədəni və iqtisadi əhəmiyyət daşımalıdır.
 
Sonra AMEA-nın rəhbəri doktorantların dissertasiya mövzuları ilə tanış olub.
 
Mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook