"Amazon" Krımda fəaliyyət göstərdiyi üçün cəzalandırıldı
İyul 09
11:31
2020
Amazon şirkəti Krımda fəaliyyət göstərdiyi üçün 134 min dollar cərimə ödəyəcək.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Xəzinə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət Xidməti məlumat yayıb. Məlumata görə, Amazon şirkəti qurumun sanksiya siyahısında olan şəxs və bölgələrə xidmət verdiyi üçün cəzalandırılıb.
Açıqlamada həmçinin bildirilib ki, şirkətin əməkdaşlığa yanaşması və qanun pozuntularını könüllü şəkildə açıqlaması yüngülləşdirici səbəb kimi dəyərləndirilib.