SON XƏBƏR

Alpərən Ocaqları türkmənləri qorumaq üçün Suriyaya gedir

Noyabr 23
19:02 2015
Türkiyənin Alpərən Ocaqları 250 nəfərlik qrupla türkmənləri qorumaq üçün Suriyaya gedir.
 
Cebhe.info xəbər verir ki, Alpərən Ocaqlarının Türkmən Dağında Möhsün Yazıçıoğlu Kışlası quracağını bildirən qurumun İstanbul üzrə rəhbəri Kürşat Mican "Gələn həftə yola çıxacağıq. Aramızda hərbçilər və polislər də var. Kışlada təlim keçib daha sonra döyüşə yola düşəcəyik” deyə vurğulayıb.
 
Kürşat Mican Türkmen Dağı Bayırbucakda Rusiya, İran və Əsəd tərəfdarlarının türkmənlərə qarşı hücumlarının şiddətləndiyini bildirib: "Burada Rusiya və İran açıq bir şəkildə Bəşər Əsəd və əsgərlərinə dəstək verir. Orada çoxlu şəhidimiz var. Göydən zəlzələ kimi bomaba yağır. Ora Rusiya, yaxud İran torpağl deyil. Bütün dünyanın gözü önündə açıq bir şəkildə soyqırım edirlər. Dünya buna səssiz qalır. Biz Osmanlının nəvələri olaraq türkmənlərin yanındayıq”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook