SON XƏBƏR

Almaniyanın XİN başçısı Kiyevdə səfərdədir

May 10
15:05 2022
Almaniyanın xarici işlər nazir Annalena Berbok Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

"Report” xəbər verir ki, məlumatı "Süddeutsche Zeitung” qəzeti yayıb.

O, Kiyev vilayətinin Buça şəhərinə baş çəkib və sakinlərlə görüşüb.

XİN başçısının Ukrayna rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, mayın 8-də Almaniya Bundestaqının sədri Berbel Bas Ukraynada səfərdə olub.

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayeri Kiyevə dəvət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook