Almaniyada Rusiyaya dəstək aksiyası qəzəb yaratdı
Aprel 11
14:17
2022
Almaniyada ardıcıl iki gündür ki, Rusiya yönümlü aksiyalar keçirilir. Aksiya iştirakçıları ölkənin çoxsaylı rusdilli əhalisinə qarşı ayrıseçkiliyə son qoyulmasına çağırış edirlər.
Bu barədə Qaynarinfo Deutsceh Welle (DW) saytına istinadən xəbər verir.
Frankfurtda 600 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar Rusiya bayraqlarını qaldırıblar.
Eyni sayda iştirakçının və 350 avtomobilin müşaiyəti ilə digər bir aksiya isə Hanover şəhərində keçirilib.
Aksiya iştirakçıları bildiriblər ki, onların məqsədi ölkədə ruslara qarşı artan dözümsüzlüyə diqqət çəkməkdir.
Bəziləri isə aksiyanın Rusiyanın müharibəsinə dəstək şousu ola biləcəyini sual edirlər.
Hər iki Rusiya yönümlü aksiya Rusiya əleyhinə aksiya ilə müşaiyət olunub.
Almaniyada 1.2 milyon rus kökənli, 325 min isə ukrayna kökənli insan yaşayır.
Xəbər verilir ki, müharibənin başlanğıcından alman polisi ruslara qarşı 383 nifrət nitqi, ukraynalılara qarşı isə 181 cinayət qeydə alıb.
Qeyd edək ki, bir neçə gündür "Rusafobiyanı dayandır” tələbi ilə Almaniyanın bir çox şəhərində belə aksiya və yürüşlər keçirilir.
Aksiyalar alman cəmiyyətinin müəyyən qismində isə qəzəb və şübhələr yaradıb. Almaniyanın "Bild” qəzeti aksiyanı "utanc paradı” adlandırıb.
Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik isə Berlin Meri Fransiska Giffeyə müraciət edərək "Berlinin mərkəzində belə utanc karvanına necə icazə verə bilərsiniz” deyə sual edib.