SON XƏBƏR

Almaniyada qaçqınlarla bağlı siyasətə yenidən baxılacaq

İyun 11
00:31 2018
Almaniyada qaçqınlarla bağlı siyasətə yenidən baxılacaq.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer "Bild am Sonntag” nəşrinə bildirib. Nazir bildirib ki, yeni sənəd 63 bənddən ibarət olacaq.

Almaniyanın İqtisadi əməkdaşlıq və inkişaf naziri Qerd Müller isə "Augsburger Allgemeine” qəzetinə müsahibəsində qeyri-qanuni miqrasiyanın qarşısının alınması zərurliyini qeyd edib. "Qaçqınların Almaniyaya gəlməsi ilə bağlı qərarları qaçaqmalçılar yox, hökumət verməlidir”, deyə nazir vurğulayıb.

O, qaçqınlarla bağlı yeni tədbirlər paketinin iyunun 12-də açıqlanacağını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook