Almaniyada Azərbaycana qarşı səfərbərlik: Erməniləri və PKK yönümlü kürdləri toplayırlar
Aprel 08
21:53
2016
Avropada məskunlaşmış erməni və PKK yönümlü kürdləri Azərbaycanla savaşa hazırlayırlar.
Bu barədə Turkustan.info saytına "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bilgi verib:
"Bu gün Almaniyadakı mötəbər mənbələrdən bir ilginc məlumat daxil oldu. Almaniyada qaçqınlar düşərgəsində Almaniyada və Avropa ölkələrində olan suriyalı erməni və kürdlərin pul qarışılığında Ermənistana keçmək və Azərbaycana qarşı döyüşmək üçün siyahıya alma kampaniyası başlayıb. Kampaniyaya qoşulanların Almaniya sənədləri ilə Rusiya üzərindən Ermənistana gedəcəkləri nəzərdə tutulur”.
Cəmiyyət sədri hesab edir ki, müvafiq təhlükəsizlik orqanları, XİN bu məsələnin üzərinə getməli, bu təxribatın qarşısının alınması üçün gərəkli tədbirləri görməlidir.
Qlobal.az



