SON XƏBƏR

Almaniya XİN başçısı: Ukrayna və Türkiyəni yaxın gələcəkdə Aİ-də görmürük

Dekabr 26
11:06 2017
Ukrayna və Türkiyə yaxın gələcəkdə Avropa İttifaqının (Aİ) üzvü olmayacaq. TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel çərşənbə axşamı dərc olunan "Funke" mediaqrupuna müsahibəsində deyib.
 
"Mən yaxın vaxtlarda nə Ukrayna, nə də ki, Türkiyəni Aİ-nin üzvü kimi təsəvvür edə bilmirəm", - deyə o bildirib.
 
"Amma Türkiyədə vəziyyət dəyişməyincə bu mümkün deyil"
 
Bununla yanaşı nazir bu ölkələrlə "daha sıx əməkdaşlığın alternativ formalarının" axtarılmasının tərəfdarı olduğunu bildirib.
 
Onun fikrincə, belə münasibətlərə Brüsselin London ilə nail olmağa çalışdığı sövdələşmə nümunə ola bilər.
 
"Əgər biz "Brexit"dən sonra Avropa ilə münasibətləri tənzimləyəcək ağıllı razılığa gələ bilsək, bu, digər ölkələr üçün də model ola bilər: Ukrayna üçün, yaxud Türkiyə üçün", - deyə Qabriel bildirib.
 
Türkiyə ilə əməkdaşlığın inkişafı barədə danışan nazir, nəticədə "daha sıx formada gömrük ittifaqı"na nail olmağın mümkün olacağını istisna etməyib.
 
"Amma Türkiyədə vəziyyət dəyişməyincə bu mümkün deyil", - deyə Almaniyanın XİN rəhbəri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook