Almaniya Ukraynaya hərbi və mülki yardım üçün 76 milyard avro xərcləyib
Dekabr 16
07:32
2025
Kansler Fridrix Merts Almaniyanın 2022-ci ilin fevral ayından bəri Ukraynaya hərbi dəstəyə 40 milyard avro, mülki yardıma isə əlavə 36 milyard avro xərclədiyini açıqlayıb.
"Report"un məlumatına görə, o, bu açıqlamanı Berlində keçirilən Almaniya-Ukrayna İqtisadi Forumundakı çıxışı zamanı verib.
"Biz 2022-ci ilin fevral ayından bəri Ukraynaya təxminən 40 milyard avro hərbi dəstək vermişik. Həmçinin mülki yardım üçün əlavə 36 milyard avro təmin etmişik. 2026-cı ildə isə əlavə 11 milyard avro hərbi dəstək ayıracağıq", - Merts bildirib.
Forumda o, həmçinin Ukraynanın enerji təchizatını təmin etmək üçün dərhal 170 milyon avro ayrılacağını açıqlayıb.



