Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib
Yanvar 11
10:48
2024
Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib.
Bu barədə "Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib.
Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyyətcə azərbaycanlıdır.
2023-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihəsindən yararlanan Gürcüstan azərbaycanlılarının sayında da artım qeydə alınıb.