Almaniya Rusiyaya qarşı Polşaya qırıcılar yerləşdirib
Dekabr 05
10:01
2025
Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün bölgəyə yeni qırıcı təyyarələr və hərbçilər yerləşdirib.
APA xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi, pilotlar, texniki işçilə, təhlükəsizlik qrupları və hərbi polis daxil olmaqla, Almaniya Hərbi Hava Qüvvələrindən təxminən 150 nəfərlik bir qrupun Polşaya göndərildiyini açıqlayıb.
Almaniyanın sözügedən qüvvələri bölgəyə yerləşdirməsinin səbəbi olaraq Rusiya qırıcı təyyarələrinin Baltik dənizi bölgəsində hava məkanını pozmasının və pilotsuz uçuş aparatlarının (PUA) NATO ərazisinə daxil olmasının qarşısını almaq göstərilib.



