Almaniya Putini nüvə razılaşmasına çağırıb

Fevral 28
12:24
2023
Almaniya Rusiyanı ABŞ ilə imzaladığı Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə ("Yeni START”) qayıtmağa çağırıb.
"AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Cenevrədə BMT-nin Silahsızlanma Konfransında çıxış edən Almaniyanın Xarici İşlər naziri Annalena Berbok bildirib ki, "Yeni START” ABŞ və Rusiya arasında qalan nüvə silahlarına nəzarət üzrə sonuncu sazişdir.