Almaniya payızda Rusiyadan qaz nəqlini dayandıra bilər
Avqust 01
09:18
2022
Almaniya Rusiyadan qaz nəqlini payızda dayandıra bilər.
"Repor" xəbər verir ki, bu barədə "Funke" nəşri məlumat yayıb.
Metallurgiya və elektrik sənayesi işəgötürənləri ittifaqının prezidenti Stefan Volf deyib ki, tədarükün tam dayandırılması payızda, fərdi təsərrüfatların qaz isitmələrini yenidən işə salacağı vaxtda baş verəcək.
Volf onu da qeyd edib ki, qaz qıtlığı yaranarsa, onun istifadəsində prioritet sənayeyə verilməlidir.



