SON XƏBƏR

Almaniya kansleri ABŞ Prezidenti ilə Kiyev və Moskvaya səfərlərini müzakirə edib

Fevral 17
03:11 2022
Almaniya kansleri Olaf Şultsla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

"Report” xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Məlumata görə, kansler telefon danışığında Kiyev və Moskvaya səfərlərini müzakirə edib.

Şolts və Bayden danışıq zamanı Moskvanın Ukrayna ətrafındakı vəziyyətdə diplomatik səylərə hazır olması ilə bağlı bəyanatlarını alqışlayıblar.

"Ukrayna ətrafında hərbi eskalasiya riski qalmaqdadır, konstruktiv dialoqa ehtiyac var” - Almaniya hökumətinin Şolts və Bayden arasında danışıqdan sonra yaydığı bəyanatda deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook