SON XƏBƏR

Alman ailə azərbaycanlı sahibkarın 2 milyonunu oğurladı - Təfərrüat (FOTOLAR)

Aprel 21
15:17 2022
Antalyada tikinti, iaşə və zərgərlik sahələrinə sərmayə qoyan azərbaycanlı iş adamı Bəxtiyar Muradov bu dəfə fırıldaqçıların qurbanına çevirilib.

Qaynarinfo xəbər verir ki, iş adamı bir müddət əvvəl 2 villasından birini kirayələmək istəyən almaniyalı O.M.L.R. və xanımı ilə tanış olub. Daha sonra onunla daha yaxın dostluq quran cütlük Muradova kriptovalyutaya sərmayə qoymağı təklif ediblər.

Bundan sonra iş adamı kriptovalyutaya sərmayə qoymaq üçün almaniyalı cütlüyün adına olan şirkətə hissə-hissə 1 milyon 172 min dollar pul köçürüb. Eyni zamanda Almaniya vətəndaşının bütün ehtiyaclarını və ödənişlərini qarşılayan Muradov qazandığı pulun bir hissəsi ilə torpaq sahəsi almaq istəyib.

Bəxtiyar Muradovun xaricə getməsindən istifadə edən cütlük onun hesablarından girov əməliyyatı aparıblar. Xaricdəki hesablarından pul çıxara bilməyən və hesablarına həbs qoyulduğunu öyrənən iş adamı şoka düşüb. Aldadıldığını anlayan Bəxtiyar Muradov Türkiyəyə gələn kimi vəkili vasitəsi ilə Kibercinayətlərlə Mübarizə İdarəsinə gedərək həmin şəxslərdən şikayət edib. O, alman ortağları tərəfindən təxminən 20 milyon lirə (2 milyon 318 min manat) vəsaitinin mənimsənildiyini iddia edib. 

Bəxtiyar Muradov başına gələn olayı isə belə nəql edib: "Bizim villalardan birini ofis kimi icarəyə götürdülər. Görüşdük, bir ailə kimi idilər və ətrafa güvən verirdilər. Dedilər ki, bilikləri çoxdur və Türkiyəyə yeni gəliblər. Məqsədləri kriptovalyutaya sərmayə yatırmaq və bu işi genişləndirməkdir. Onlar mənə də bu sahəyə sərmayə qoymağı və birgə ortaq iş görməyi təklif etdilər. Bu sahədə çox məlumatlı olmadığımı desəm də, elə şeylər dedilər ki, milyonçu yox, bir anlıq milyarder olduğumu düşündüm. Onların təkliflərindən bir insan kimi təsirləndim və bu sektora girib, pul qazanmaq istədim. Onlarla çalışmağa başladım və məni aylar sonra inandırmağı bacardılar. Davamlı olaraq büdcə adı ilə pul alırdılar və verdikcə bu çatmamağa başladı. Sayt tam satış günü bağlandı. Sonunda başa düşdüm ki, 1.2 milyon dollara yaxın sərmayə qoymuşam".

Qeyd edək ki, 2016-cı ildə də Antalyanın Muratpaşa bölgəsində "Qalatasaray”ın İdarə Heyətinin üzvü, azərbaycanlı iş adamı Bəxtiyar Muradov soyğuna məruz qalması ilə bağlı məlumat yayılmışdı. Həmin vaxt soyğunçular "Qalatasaray Store”nin iki günlük hasilatını və topdan satış mallarını oğurlamışdılar.

Bundan başqa oğrular 10 min lirə və 20 min lirə dəyərində olan qızılın olduğu çantanı da götürmüşdülər Muradov isə hadisəyə belə aydınlıq gətirmişdi: "Yemək almaq üçün getmişdim. Hər şeyi restoranımdakı masanın üzərində qoymuşdum. Geri döndüm və gördüm ki, yoxdur. Hər kəsdən soruşdum. Amma heç kim tapa bilmədi. Sonra kamera görüntülərinə baxdıqda oğurlandığının şahidi olduq”.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook