SON XƏBƏR

Alkopanla üzlənmiş 11 mərtəbəli "EGE Hospital"da təxliyə necə planlaşdırılıb?

Yanvar 24
11:58 2025
Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində baş verən yanğın zamanı çoxlu sayda insan həlak olub. 
 
Baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatına yol açan səbəblərdən biri də hadisə zamanı insanların təxliyə edilə bilməməsi olub. Belə ki, hadisə baş verən oteldə yanğın nərdivanlarının olmadığı aşkarlanıb. 
 
Bəs Bakıda ictimai, sosial əhəmiyyətli binalarda vəziyyət necədir?
 
Qlobal.az Bakıda geniş vüsət alan hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarında da vəziyyət qənaətbəxş deyil. Belə ki, hündürmərtəbəli binalarda olan ən ciddi problemlərdən biri yanğın zamanı evakuasiyanın təmini ilə bağlı olan problemdir.
 
Son illər tikilən hündür mərtəbəli binaların əksəriyyətində yanğın təhlükəsizliyi ilə bağlı olan pilləkən qəfəslər demək olar ki, qurulmur.
 
Təəssüflər olsun ki, təhlükəsizlik pilləkənlərinin yoxluğuna fasad hissələri yanğına davamsız olan süni üzlük materiallarla montaj olunmuş tikililərə də rast gəlinir. 
 
Bu cür binalardan biri də Bakıda Həsən Əliyev küçəsində olan "Ege Hospital"ın yerləşdiyi binadır. 
 
Qeyd edək ki, 11 mərtəbədən ibarət olan hospitalın binasının fasad hissəsi Alüminium kompozit panel (alkopan) ilə montaj olunub.
 
Hospitalda iki lift fəaliyyyət göstərsə də, burada insanların evakuasiyası üçün bina fasadında pilləkən qəfəsləri quraşdırılmayıb. 
 
Bu hal isə baş verə biləcək hər hansı ekstremal vəziyyətlərdə binada olan yüzlərlə insanın həyatını sual altına qoyur. 
 
Qlobal.az məsələ ilə bağlı №EGE Hospital"dan və Fövqaladə Hallar Nazirliyindən mövqe öyrənə bilməyib.
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook