Alimlər Marsda həyat əlamətlərini kəşf etməyə yaxındır - Yeni bir araşdırma
Oktyabr 19
08:08
2024
Mikroblar Marsın səthində donmuş suyun altında yaşaya bilər. Alimlər bu qənaətə NASA-nın yeni araşdırması zamanı gəliblər.
Qaynarinfo bu barədə "Nature Communications Earth & Environment" jurnalında dərc edilən məqaləyə istinadən yazır.
Tədqiqatçılar müəyyən ediblər ki, bu buzdan keçə bilən günəş işığının miqdarı onun səthinin altındakı ərimiş suların dayaz hovuzlarında fotosintez üçün kifayət edə bilər. Alimlər bunu kompüter simulyasiyalarının köməyi ilə tapa biliblər.
Qeyd edilir ki, Yer kürəsində buzun içindəki oxşar su hovuzları sözün əsl mənasında həyatla doludur. Söhbət fotosintezdən enerji alan bakteriya və mikroblardan gedir.
Nəşr xatırladıb ki, Marsda iki növ buz var: donmuş su və donmuş karbon qazı. Son bir araşdırmada elm adamları, son milyon il ərzində bir sıra Mars buz dövrü zamanı səthə düşən qar və tozdan əmələ gələn böyük həcmli su buzlarına baxıblar.
Arizona ştatındakı Tempe Universitetindən olan tədqiqatın həmmüəllifi Fil Kristensen deyib: "Bu, Yer üzündə adi bir hadisədir. Sıx qar və buzlar içəridən əriyə, onları istixana kimi qızdıran günəş işığını içəri buraxa bilər".
Bu yaxınlarda aparılan bir araşdırma, Marsdakı tozlu buzun üç metrə qədər dərinlikdə fotosintez üçün kifayət qədər işıq ötürdüyü qənaətinə gəlib.
Xatırladaq ki, bundan əvvəl "SpaceX" raketinin uğurlu enişinin insanın Marsa səfərini yaxınlaşdırdığı bildirilmişdi.
Tədqiqatçılar müəyyən ediblər ki, bu buzdan keçə bilən günəş işığının miqdarı onun səthinin altındakı ərimiş suların dayaz hovuzlarında fotosintez üçün kifayət edə bilər. Alimlər bunu kompüter simulyasiyalarının köməyi ilə tapa biliblər.
Qeyd edilir ki, Yer kürəsində buzun içindəki oxşar su hovuzları sözün əsl mənasında həyatla doludur. Söhbət fotosintezdən enerji alan bakteriya və mikroblardan gedir.
Nəşr xatırladıb ki, Marsda iki növ buz var: donmuş su və donmuş karbon qazı. Son bir araşdırmada elm adamları, son milyon il ərzində bir sıra Mars buz dövrü zamanı səthə düşən qar və tozdan əmələ gələn böyük həcmli su buzlarına baxıblar.
Alimlərin bu barədə fikirləri fərqli olsa da, Günəşin təsiri altında və Marsda buzun səthi altında su gölməçələrinin yarana biləcəyi göstərilir.