Alimlər immun çatışmazlığının yeni təhlükəli variantını aşkar ediblər
Fevral 04
08:49
2022
Britaniyanın Oksford Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən əvvəlkilərdən daha təhlükəli yeni İİV (İnsanın İmmun çatışmazlığı virusu) variantı müəyyən edilib.
"Report" xəbər verir ki, tədqiqatın nəticələri "Science” jurnalında dərc olunub.
Alimlər mutasiyanı Avropa ölkələrinin və Uqandanın İİV-ə yoluxmuş sakinlərinin qan nümunələrinin təhlili əsasında aşkarlanıb.
Əvvəllər məlum olmayan "VB" adlı variant 17 nəfərdə aşkar edilib. Onlardan 15-nin Niderland sakinləri olduğu üzə çıxıb.