SON XƏBƏR

Alimlər canlı superkompyuter icad ediblər

Mart 01
10:04 2016
Bir qrup Amerika, Hollandiya, Almaniya və İsveç alimi iddia edir ki, gələcəyin superkompyuteri canlı olacaq.
 
Onlar artıq təcrübi bioloji kompyuterin nümunəsini yaradıblar. Faktiki olaraq canlı orqanizm olan superkompyuterin müfəssəl nəzəri modeli yeddiillik tədqiqatın nəticəsidir.
 
Bu haqda material "Proceedings of the National Academy of Sciences” elmi nəşrində dərc edilib. Bu tədqiqatın digər layihələrdən başlıca fərqi real biokompyuter prototipidir. Alimlər iddia edir ki, o, artıq yığılıb və uğurla fəaliyyət göstərir.
 
Fantastik cihazın özəyində yerləşən bioloji prosessor zülal molekulları ilə işləyir. Bu molekullar çipin kanalları ilə hərəkət edir. Enerji mənbəyi kimi adenozintrifosfatdan istifadə olunur. Onun sərfiyyat mexanizmi isə tənəffüs prosesini xatırladır. Bunun sayəsində biokompyuter iş vaxtı qətiyyən qızmır. Üstəlik, bioloji hesablamalar ardıcıl deyil, paralel aparılır. Bunun nəticəsində oxşar kompyuterlərdən çox kompleksli hesablamalar, məsələn, kriptoqrafiya, yaxud riyazi optimizasiyalar üçün istifadə etmək mümkün olacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook