SON XƏBƏR

Alimlər: “2020-ci ildən 30 il davam edəcək kiçik buzlaşma dövrü başlayır”

Fevral 08
15:20 2020
Alimlər xəbərdarlıq edir ki, yaxın gələcəkdə planetimizdə günəş fəaliyyətinin azalması səbəbindən yeni buzlaşma dövrü başlaya bilər. Elm adamlarının fikrincə, bu, bir növ Günəşin "qış yuxusu"na getməsidir. Tədqiqatçılar ehtimal edir ki, bunun nəticəsindən planetin soyuması otuz ildən çox davam edə bilər. 

Qaynarinfo xəbər verir ki, hər 11 ildən bir günəşdə xüsusi bir dövrü başlayır - günəş minimumu. Bu dövrdə Günəşin səthindəki ləkələrin sayı azalır ki, bunun da sayəsində Günəşin təkindən xaric olan enerji zəifləyir.

Nortumbriya Universitetinin Riyaziyyat, Fizika və Elektrik Mühəndisliyi kafedrasının professoru Valentina Jarkova 2020-ci ildə Günəşin Böyük Günəş minimumu adlanan - minimum günəş fəaliyyəti dövrünə girəcəyini deyib. Bu dövr adətən təxminən iki il davam edir, ancaq bu dəfə 33 ilədək davam edəcəyi ehtimal edilir.

Bu baş verməyə başlayandan sonra, - Jarkova izah edir, - planetimizdə temperaturun təxminən 1 dərəcə Selsi səviyyəsində qlobal azalması baş verəcək. Bu qədər az olmasına baxmayaraq, bu, hava şəraitinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Professorun sözlərinə görə, Yer kürəsində qlobal soyuma başlayacaq, qış daha soyuq, daha rütubətli, yay isə daha rütubətli və sərin olacaq. 
NASA-nın məlumatına görə, sonuncu dəfə Böyük Günəş minimumu 1650-ci ildə müşahidə olunub və təqribən 60 il davam edib. O dövrdə bütün Yer kürəsində şiddətli soyuma başlayıb və planetin buzlaqları artıb. Bəzi çaylar, göllər və hətta böyük su obyektləri donub. Planetimizin bəzi bölgələrinin əhalisi qida çatışmazlığı və sağlamlıq problemləri yaşayıb.

Bizə yalnız ümid etmək qalır ki, yaxınlaşan mini buz dövrü son dəfə olduğu kimi çətin keçməyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook