SON XƏBƏR

Alimentin ödənilməsi üçün yeni mexanizm yaradılır (VİDEO)

İyun 29
02:05 2018
Alimentin ödənilməsi ilə bağlı yeni mexanizm yaradıla bilər. 

Xezerxeber.az-ın məlumatına görə, yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə dövlət büdcəsinə qaytarmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklər edilməlidir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aliment Fondunun yaradılması üçün Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib. 

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, yeni mexanizmə görə məhkəmə qərarı ilə məsulliyətə cəlb edilən şəxs alimenti ödəmədiyi təqdirdə məşğulluğa cəlb ediləcək. 

Fond daha çox vətəndaşların hüququnun qorunmasını, boşanma çərçivəsində qadının və uşağın təminatını yüksəldəcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook