SON XƏBƏR

Ali məktəblərdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin qarşısı alınacaq

Oktyabr 19
10:36 2022
"Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sahəsində 2013-cü ildən təkmilləşmə prosesi gedir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü İsa Həbibbəyli deyib.

İsa Həbibbəyli bildirib ki, uzun illər bu proses ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsinə əsasən həyata keçirildiyindən bir çox hallarda pərakəndəliyə və qeyri-şəffaflığa səbəb olur: "Lakin indiki halda bu gün köçürmələrlə bağlı qaydaların qanunvericilik səviyyəsinə qaldırılması bu qaydaları daha da ciddiləşdirmək və yaxud hamı üçün məqbul olan hüququ təmin etmək üçün əhəmiyyətlidir. Bu, ali məktəblərdə köçürmələrdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin də qarşısını alacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook