SON XƏBƏR

Ali məktəblərdə 7190 yer boş qalıb

Avqust 24
07:55 2016
Pulsuzluq minlərlə insanı təhsildən məhrum edir
 
Ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali məktəblərə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb.
 
Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 18551 nəfəri elektron ərizəsini təsdiq edib. 19 124 ixtisas seçimi edən abituriyentlərdən müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 551 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6 838 nəfər qəbul olub.

Bununla da ali təhsil müəssisələrinə elan olunmuş 41965 yerdən 34775-i dolub. Nəticədə, ali məktəblərdə 7190 boş yer qalıb. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində isə 6940 yerdən 6838-i abituryentlər tərəfindən seçilib və 102 plan yeri boş qalıb.
 
Məsələn, Xəzər Universitetinin 770 plan yerinə 375 nəfər, Qərb Universitetinin 455 plan yerinə 114 nəfər, Qafqaz Universitetinin 1024 plan yerinə 792 nəfər, Azərbaycan Universitetinin 445 plan yerinə 206 nəfər abituriyent daxil olub.
 
Qısası budur ki, ali məktəblərdə 7190 boş yer qalıb. Səbəb isə ali məktəblərdə təhsil haqlarının yüksək olmasıdır. Uzun müddətdir ki, təhsil haqları təhsilin bəlasına çevrilib.  Saysız-hesabsız yazılar dərc olunub, hökumətə ciddi mesajlar verilib, faktlar göstərilib və heç bir nəticə yoxdur. Fakt budur ki, 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılıb. Indi də eyni problem daha geniş miqyasda yayılıb. Ailələr təhsil haqqını ödəyə bilməyəcəklərini başa düşürlər və buna görə ali məktəbə qəbul olmuş övladlarını təhsildən kənarlaşdırmağa məcbur qalırlar.
 
Bəli, proses 7190 yerin boş qlamasıyla yekunlaşmayacaq. Bu il birinci kursa öfənişli əsaslarla daxil olanlardan birdəfəlik təhsil haqqı tələb olunur. Ödəniş qəbzi verilsə də, qeydiyyat sənədi verilmir. Bu isə xeyli sayda gəncin tələbə adı qazana bilməyəcəyindən xəbər verir. 150-200 manatla yaşayan bir ailə üçün, 3000-5000 manat təhsil haqqı ödəmək cəfadır.
 
Məqsədli şəkildə insanlar təhsildən kənarlaşdırılır.  Minimum əməkhaqqının 105 manat olduğu ölkədə təhsil haqqının 4000 manat olması, "təhsil almayın” deməkdir.
 
120 milyard neft pulunu talan edən hökumət, təhsil haqlarını aşağı salmaq, təhsilin inkişafına yardım etmək istəmir. Əsas məqsəd vətəndaşdan bacardıqca çox pul çəkmək, insanların son qəpiyinə də sahib olmaqdır. Bütün sahələrə "pul kisəsi” kimi baxırlar.
 
Deyirlər, bir ölkəni məhv etmək üçün həmin ölkənin təhsil və səhiyyəsini məhv etmək kifayətdir. Azərbaycan hakimiyyəti də bu iki sahəylə müharibəsini davam etdirir. Uzun illər hazırlaşıb imtahandan müsbət nəticələrlə çıxanların da təhsil almağına imkan verilmir. Hər addımda vətəndaşın qarşısına pul səddi çəkilir.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook