Ali Məhkəmə Zümrüd Yağmurla bağlı qərar çıxardı
İyul 13
09:31
2023
Ali Məhkəmədə yazar Zümrüd Yağmurla (Abıyeva Zümrüd İsrafil qızı) bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Zümrüd Yağmur Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
Zümrüd Yağmurun ittiham olunduğu cinayət əməli sübuta yetirilsəydi, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Xüsusi ittiham qaydasında şikayət Abşeron Rayon Məhkəməsində araşdırılaraq qərar çıxarılıb. Daha sonra apellyasiya instansiya məhkəməsi onunla bağlı qərar verib.
Xüsusi ittiham qaydasında şikayət bu dəfə Ali Məhkəməyə daxil olub.