SON XƏBƏR

Ali Məhkəmə “Meydan TV”nin şikayətini təmin etdi

Sentyabr 26
13:24 2019
Ali Məhkəmədə "Meydan TV”nin saytının bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Ali Məhkəmə kassasiya şikayətini təmin edib, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin "Azadlıq.info", "Azadlıq" radiosunun "Azadlıq.org", "Azərbaycansaatı.com", "Meydan.tv" saytlarını və "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook