Ali Məhkəmə 307 min dolları dələduzluq yolu ilə ələ keçirən hakim barəsində qərar verdi
Fevral 22
00:57
2023
Keçmiş məhkəmə hakimi Lətif Nəbiyev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Xatırladaq ki, Lətif Nəbiyev müxtəlif vaxtlarda Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olub.
Lətif Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham irəli sürülüb.
Lətif Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi təyin olunmuş həbs cəzasını 4 il 6 aya endirib.
Qlobal.az