SON XƏBƏR

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Yanvar 31
18:58 2025
Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.
 
Qlobal.az xəbər verir ki, məlumatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti yayıb. 

Komitə sədri Nuray Əliyeva iclasda Ali Məclisin 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.

Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook