Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
Yanvar 28
15:12
2025
Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.
Qlobal.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.
Komitə sədri Emin Şıxəliyev iclasda Ali Məclisin 2024-cü
ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə
hesabatla çıxış edib. Eyni zamanda yaz sessiyasında görüləcək işlər müzakirə
olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli
sürülüb.