Ali Baş Komandan İlham Əliyev hərbi avtomobilin sükanı arxasında
Dekabr 04
01:35
2016
Xəbər verdiyimiz kimi, bu gün Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş "N” saylı hərbi hissəsinin açılışı olub. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-çamaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
Ali Baş Komandan İlham Əliyev hərbi texnikanın vəziyyətini şəxsən yoxlayaraq, hərbi maşının sükanı arxasına keçib və onu idarə edib.