Aleksandr Lukaşenko Rusiyanın Belarusda nüvə silahı yerləşdirəcəyini təsdiqləyib

Mart 31
13:41
2023
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus ərazisində nüvə-taktiki silahı yerləşdirəcəyi ilə bağlı məlumatlara ilk dəfə münasibət bildirib.
"Report”un xəbərinə görə, dövlət başçısı parlamentin iclasında deyib ki, nüvə silahının Belarusa yerləşdirilməsi ilə bağlı Minsk və Moskva arasında danışıqlar intensivləşib.