“Al Jazeera” İsrailin Qəzzaya zərbəsi nəticəsində dörd əməkdaşının öldüyünü bildirib

Avqust 11
09:10
2025
Qətərin "Al Jazeera” telekanalı İsrailin Qəzza şəhərinə hücumu nəticəsində dörd əməkdaşının həlak olduğunu bildirib.
"Report” xəbər verir ki, qurbanlar reportyorlar Anas əş-Şərif və Məhəmməd Kreyka, həmçinin iki operatordur.
Qeyd olunur ki, onlar bombardman zamanı "Əş-Şifa" Xəstəxanasının girişində jurnalistlər üçün çadırda olublar. Zərbə yerli vaxtla gecə yarısından bir qədər əvvəl (Bakı vaxtı ilə saat 01:00) pilotsuz təyyarə ilə endirilib. Ümumilikdə yeddi nəfər həlak olub.