Aktyor səhnədə öldürüldü
Fevral 17
19:54
2016
Faciə Tokionun teatr studiyalarından birində məşq zamanı baş verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Guardian" qəzetində yer alıb.
Məlumata görə, 33 yaşlı aktyor Daiqo Kaşino səhnədə samuray qılıncından aldığı zərbədən həyatını itirib.
Maraqlıdır ki, başqa aktyorlar hadisənin necə baş verdiyini izah edə bilməyiblər.
Aktyorlardan biri qeyd edib ki, onlar bir anda Kaşinonun yerə yıxıldığını və ağrıdan möhkəm qışqırdığını görüblər.
O da bildirilir ki, təcili yardım gələnə qədər aktyor həyatını itirib. Polis hadisə ilə bağlı istintaq işi başladıb.