Aktrisa soyadını dəyişdi
Mart 17
11:43
2016
Rol aldığı serialda Maşuka rolu ilə tanınan aktrisa Demet Büyükkol soyadını dəyişib.
Aktrisa soyadı səbəbindən şəxsi həyatında çətinliklərlə üzləşdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
O, sənət aləmində "Gül” soyadıyla tanındığını və bu səbəbdən "Büyükkol”u onunla əvəz etmək istədiyini deyib. Məhkəmə Demetin tələbini müsbət qarşılayaraq soyadının dəyişməsi və "Gül” olması haqda qərar çıxarıb. (axsam.az)
Qlobal.az