AKP yeni qanun layihəsi hazırlayır - Problemin həlli partiyalı prezident sistemidir
May 11
11:17
2016
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yeni hökumətin qurduqdan və parlamentin etimadını aldıqdan dərhal sonra yeni qanun layihəsi təklif etməyə hazırlaşır.
Avropa.info xəbər verir ki, AKP partiyalı prezident sistemini həyata keçirmək üçün bir neçə maddədən ibarət kiçik bir konstitusiya dəyişikliyi haqda qanun layihəsini Türkiyə parlamentinə təqdim etməyə hazırlaşır
Prezidenti xalqın seçməsi ilə birlikdə sistemdə yaşanan çətinliklərin aşılması üçün AKP, prezident üsul idarəsini də əhatə edən yeni konstitusiya dəyişikliyini hazırlayıb gündəmə gətirmək üçün işə başlayıb.
Partiyanın idarə heyətindən verilən açıqlamaya görə təxminən 100 maddəlik yeni bir konstitusiyanın müzakirə olunması üçün həftənin 7 günü fasiləsiz müzakirə aparılarsa ən azı 3 ay vaxt alacaq.
Bu isə öz növbəsində konstitusiyanın ictimaiyyət arasında müzakirəsinin, Konstitusiya Komissiyasında müzakirəsinin və referendumun 1.5 - 2 ilə yaxın bir vaxt tələb etdiyi deməkdir.
AKP terrorla mübarizə, Suriya problemi kimi bu gün Türkiyənin içində olduğu müddətin, sistemdə böyük problemlər yaradacağı və böyük xərclərə səbəb ola biləcəyi qənaətinə gələrək partiyalı prezident modelinin ən optimal həll olduğu haqda qərar qəbul edib.

Qlobal.az