AKP millət vəkilindən şok sözlər: "PKK terror təşkilatı deyil"
Oktyabr 20
09:13
2015
Türkiyədə hakim partiyadan olan millət vəkili PKK-nın terror təşkilatı olmadığını deyib.
Qlobalinfo.az Türkiyənin FOX tv-na istinadən xəbər verir ki, MHP-dən olan namizəd Mehmet Aslan qatıldığı bir televiziya proqramında AKP millət vəkilinin "Ülke TV"-yə verdiyi müsahibənin videosunu göstərib. Videoda AKP Mardin millət vəkili Orhan Miroğlunun "PKK terror təşkilatı deyil, öz torpaqlarında bəlli bir siyasi proqramı həyata keçirməyə çalışan siyasi hərəkatdır" dediyi ortaya çıxıb.
Mehmet Aslan həmçinin Miroğlunun dediklərinə görə aidiyyatı orqanların bir an öncə tədbir görməsinin gərəkli olduğunu söyləyib.



