SON XƏBƏR

“Akkord”dan vətəndaşa qarşı şok dələduzluq - İşi məhkəmə araşdıracaq

Dekabr 30
18:51 2022
Azərbaycanın məşhur inşaat şirkəti olan "Akkord General Construction” MMC məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Dünyamalıyev Emin Hüseynağa oğludur. 

İş hazırda apellyasiya mərhələsindədir. 26 yanvar 2023-cü ilə iş üzrə məhkəmə baxış iclası təyin edilib. Emin Hüseynovun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti mənzil münasibətləri üzrə sair mübahisələrdən ibarətdir.

Araşdırmalarımız zamanı bəlli olub ki, Emin Dünyamalıyev "Akkord General Construction” MMC-nin layihəsi olan "Uğur-2" Yaşayış Kompleksindən kredit yolu ilə sahəsi 66.31 kv/m mənzil alıb. "Texnikabank" ASC tərəfindən mənzilin pulu həmin şirkətə tam ödənilib. Özü isə hər ay bankın kredit pulunu həmin kvadratmetrə uyğun ödəyib. Emin Dünyamalıyev çıxarış aldıqda isə məlum olub ki, mənzilin ümumi sahəsi 54.10 kv/m-dir.

Beləliklə, aydın olub ki, vətəndaş artıq pul ödəyib. Emin Dünyamalıyev ödədiyi artıq pulu geri istəsə də, şirkət qaytarmır. 

"Akkor General Construction” MMC 5 avqust 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin qanuni təmsilçisi Şirinov Şahin Şəmsi oğludur. Bununla belə, "Akkord” keçmiş baş prokuror Zakir Qaralovun şirkəti kimi tanınır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook