SON XƏBƏR

"Akkord" yeni zavodlar istifadəyə verəcək

Yanvar 29
10:49 2016
Bu il "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Balaxanı qəsəbəsində fasad materialları istehsal edən, Kürdəxanı qəsəbəsində isə yeni plastik qapı-pəncərə zavodu istifadəyə verəcək.
 
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin baş direktoru Göksel Aybek bildirib. Onun sözlərinə görə, bununla əlaqədar şirkətə yeni işçilər cəlb olunacaq. Ümumiyyətlə isə "Akkord"a məxsus daha 13 yeni şirkət yaradılıb ki, bu da çoxsaylı işçi qüvvəsinin cəlb edilməsi deməkdir.
 
Bu layihələrin dəyəri təqribən 50 milyon manat təşkil edəcək. "Əsas məqsəd Azərbaycanın tikinti sektorunun inkişafına dəstək olmaqdır", - deyən baş direktor qeyd edib ki, bununla bağlı xaricdən müasir texnologiyalar alınıb. Həmçinin vurğulanıb ki, şirkətin başlıca hədəflərindən biri də yerli bazarı tikinti materialları ilə təmin etməklə yanaşı, məhsulların xaricə ixrac edilməsidir.
 
Məlumat verilib ki, 2016-cı ildən etibarən "Akkord" yeni yaşayış binalarının layihəsini planlaşdırır. Bu zaman 750 min kvadratmetr həcmdə yaşayış sahəsi istismara veriləcək. Belə ki, Novxanı, Biləcəri, Badamdar, Mərdəkan və Xocasən qəsəbələrində - şirkətə məxsus ərazilərdə təqribən 5 ilə sözügedən binaların inşası nəzərdə tutulur. Mənzillər ipoteka krediti vasitəsilə yerləşdiyi ərazidən asılı olaraq münasib qiymətə satılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook