SON XƏBƏR

Akif Çovdarovdan ilk açıqlama: "Mən Akif Çovdarovam"

Aprel 22
09:06 2020
Prezident İlham Əliyev tərəfindən 6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan şəxslərdən biri də ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov dur.

Koronavirus pandemiyası ilə bağlı əfvə düşən Akif Çovdarov bir neçə gün xüsusi karantin rejimində saxlanıldıqdan sonra evə buraxılıb. Gununsesi.org-un əməkdaşı hazırda mənzilində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.

"Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: "Mən Cənab prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır.

Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm.

Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”, - deyə o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook