SON XƏBƏR

Akif Çovdarova yaxın olan sahibkarın mülklərinə həbs qoyuldu (FOTO)

Noyabr 16
13:12 2023
"Evrostroy-S.S” MMC-yə məxsus yaşayış kompleksinin sahibi Taleh Abbasovun əksər mülklərinə həbs qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, şirkətə məxsus yaşayış binalarında tikinti-söküntü və yenidən təmir işlərinin aparılması üçüncü şəxslərə və MMC-yə qadağan edilib.

"Evrostroy-S.S” MMC-yə məxsus yaşayış komplekslərində tikinti-quruculuq işlərinin qadağan olunmasına səbəb şirkətin 8 milyon 969 min 636 manat 07 qəpik vergi borcunun olmasıdır. 
 
 


Məlumat üçün bildirək ki, bugünə kimi mətbuatda "Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. 

"Evrostoy-S.S” MMC Bakının bir neçə küçəsində pilot layihə adı altında binaları inşa edib. Şirkət xeyli sayda insanın mənzilin verilməsində problem yaradıb. Şirkətin bir qolu da Samir İsayev Nizami oğlunun adına olan "Sipark İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 



Şirkətə rəhbərliyi isə onun qardaşı Seymur İsayev edir.

"Sipark İnşaat” şirkəti Təbriz layihəsinin gecikdirilməsi və sakinlərə kirayə haqlarının verilməməsi ilə bağlı da ciddi problem yaranmışdı. Şirkətin ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi Akif Çovarova bağlı olduğu deyilir. 

Seymur İsayev o şəxsdir ki, şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu MTN-ə apardıb. Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

Qeyd edək ki, "Evrostroy-S.S” MMC-nin qanuni təmsilçisi Ağarəhim Baxşəliyev Qınyaz oğlunun ölkədən çıxışına "stop” qoyulub.
 
Sözügedən borcun ödənilməsi üçün vaxt verilsə də, ödənilmədiyi məlum olub. Nəticədə şirkətə məxsus mənzillərdə tikinti-söküntü və yenidən təmir işlərinin aparılmasına qadağan qoyulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook