SON XƏBƏR

Akar,: "Terrorçuların arxasında kim olur-olsun, mübarizəmizi davam etdirəcəyik”

May 31
13:51 2022
"Terrorla mübarizə istiqamətində elədiklərimiz məlumdur”.

"Report” xəbər verir ki, bunu Türkiyə mili müdafiə naziri Hulusi Akar deyib.

"İllərdir terrorla mübarizə aparırıq. Əldə etdiyimiz təcrübə ortadadır. Odur ki hər kəsi terrorçuların nə etdiklərinə yox, bizim nə etdiklərimizə fikir verməlidir. Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır. Kimsə baş verənləri təhrif etməsin. Bizim üçün terrorçunun etnik, dini, fərqi yoxdur. Terrorçu terrorçudur. Türkiyə Silahlı Qüvvələri şəxsi heyəti ilə, texnikası ilə hər cür tapşırığı yerinə yetirməyə hazırdır. Bu mövzuda qətiyyətliyik. Terrorçuların arxasında kim olur-olsun, mübarizəmizi davam etdirəcəyik”, - o söyləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook