SON XƏBƏR

Akar Şoyqu ilə əlavə görüş keçirəcək

İyul 23
10:49 2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə əlavə görüş keçirməyi planlaşdırdığını bildirib.

"Report” xəbər verir ki, bunu Akar "CNN Türk” telekanalının efirində deyib.

"Bir müddət sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüş keçirəcəyik. Onlardan seçdikləri kadrları ən qısa zamanda bizim mərkəzə göndərmələrini gözləyirik. Mərkəz fəaliyyətə başlayan kimi əməliyyatın ümumi koordinasiyası buradan həyata keçiriləcək”, - deyə Akar bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook