Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş konfrans keçirilir
Aprel 06
11:24
2018
Aprelin 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş "Səhiyyədə müasir nailiyyətlər” mövzusunda konfrans keçirilir.
Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən mərkəzin baş həkimi Könül Xəlilova son illər dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsində nəzərəçarpacaq dəyişikliklərin olduğunu bildirib: "Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər yeni üsullar vasitəsilə müalicəsi edilir, unikal və mürəkkəb əməliyyatlar icra olunur, əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişaf gedir. Bu da ölkəmizdə səhiyyə sahəsinə göstərilən qayğının nümunəsidir”.
Qlobal.Az