SON XƏBƏR

Akademik Zərifə Əliyeva bəzi göz xəstəliklərinin müalicəsi istiqamətində dəyərli elmi tədqiqatlar aparıb

Aprel 30
12:24 2018
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən, oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb. O, Zərifə xanım Əliyevanın Azərbaycan tibb sahəsinə bəxş etdiyi dəyərli töhfələri elmimizin yüksək nailiyyəti kimi dəyərləndirib.
 
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və digər çıxış edənlər Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, alimin yüksək insani keyfiyyətlərindən, tibb sahəsində qazandığı uğurlardan bəhs ediblər.
 
Qeyd olunub ki, görkəmli alim bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində dəyərli elmi tədqiqatlar aparıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook