Akademik Musiqili Teatrın baş rəssamı Beynəlxalq Teatr forumunda iştirak edəcək
Noyabr 27
12:33
2021
Noyabrın 28-dən dekabrın 7-dək Özbəkistan Respublikasının Daşkənd şəhərində "MDB, Baltikyanı ölkələr və Gürcüstanın IV Gənclər Teatr Forumu” keçiriləcək.
Gənc rəssam səfər öncəsi ona beynəlxalq əhəmiyyətli tədbirdə iştirakına şərait yaradan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizi təmsil edəcək sənət adamlarının sırasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı Vüsal Rəhim də var.
İstedadlı rəssam 10 gün ərzində müxtəlif proqramlarda, sərgilərdə iştirak edəcək, müəllifi olduğu səhnə və geyim esgizlərini nümayiş etdirəcək. O, eyni zamanda, forum çərçivəsində mühazirələrə, ustad dərslərinə qatılacaq və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə bölüşəcək.
V.Rəhim forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara esgizlər hazırlayacaq.
Qeyd edək ki, daha sonra həmin esgizlər Vladimir Nikolaeviç Pankovun "Daşkənd – Çörək şəhəri” hekayəsi əsasında hazırlanacaq tamaşada fraqmentlər şəklində birləşdiriləcək.